SİYASƏT

Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü - FOTOLAR (YENİLƏNİB)

Fevralın 19-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.

"32gun.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

*** 19:23

"Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya 30 ildən sonra Qarabağ zəfəri ilə bütün Azərbaycan torpaqlarında seçkinin yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim".

"32gun.az" xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial şəbəkədə yazıb. 

"Bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli xanımı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram.

Ümid edirəm ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək", - deyə Türkiyə Prezidentinin xanımı qeyd edib. 

 

Loading...

Oxşar Xəbərlər