DÜNYA 20 XƏBƏR

Zelenski tezliklə Ərdoğanla görüşə bilər

Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

32gun.az xəbər verir ki, görüşdə Ukrayna münaqişəsi müzakirə olunacaq. Türkiyənin TRT World telekanalı xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib .

Türkiyə lideri Albaniya Nazirlər Kabinetinin rəhbərinin Ankaraya səfəri zamanı dəvət  alıb . O, Ərdoğana yaxın günlərdə Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində prezident Zelenski ilə yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Rama bildirib ki, Türkiyə lideri dəvəti qəbul edib.

Yanvarda Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ankaranın  Ukraynada sülhə nail olmaq üçün vasitəçi olmağa və Rusiya ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan etmişdi .

Ayxan

Loading...

Oxşar Xəbərlər