DÜNYA 20 XƏBƏR

Kimya zavodundan çıxan bənövşəyi bulud şəhəri bürüdü

Çinin Henan əyalətinin Zhumadian şəhəri yerli kimya zavodundan buraxılan qəribə bənövşəyi buludla örtülmüşdür.

32gun.az xəbər verir ki, bu barədə Britaniyanın "Metro" nəşri məlumat yayıb.

Gübrə zavodunun bacalarından çıxan və şəhəri bürüyən qeyri-adi bənövşəyi tüstü yerli sakinlərin ciddi narahatlığına səbəb olub. Sosial şəbəkələrdə rəngli buludun toksikliyi ilə bağlı məlumatlar peyda olub.

Öz növbəsində, Junma Chemical Industry zavodu rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəhərə yayılan tüstü insanlar üçün zərrə qədər də təhlükə yaratmır.
Nilay

Loading...

Oxşar Xəbərlər