SOSIAL

Azərbaycanın Pakistandan aldığı təyyarələr MiQ-29'ları əvəz edəcək - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında müqavilə imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

1,6 milyard ABŞ dolları həcmində olan müqaviləyə əsasən, Azərbaycan Pakistandan JF-17C Blok-III qırıcıları, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatları alır.

Qeyd olunub ki, "Thunder"lər Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarələrini əvəz edəcək.

Yeni təyyarə HHQ-ya hava üstünlüyü və dayanıqlı zərbə qabiliyyəti baxımından hakim mövqe verəcək. O, həmçinin düşmənin Hava Hücumundan Müdafiəsi üçün effektiv 4+ nəsil təyyarədir. 

Loading...

Oxşar Xəbərlər