SOSIAL

Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan "32gun.az"a bildirilib ki, azad olunan ərazilərdə 19-25 fevral 2024-cü il tarixi ərzində 44 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 112 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 945.7 hektar ərazi minalardan təmizlənib.

 

Loading...

Oxşar Xəbərlər