MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Məşhur müğənni hərbi xidmətə yola düşür - FOTO

Son dövrün məşhur adlarından olan Semiçenk son görünüşü ilə hər kəsi təəccübləndirib və görənlər onu tanıya bilməyib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, əsgərliyə yollanacağını deyən məşhur müğənni son konsertindən sonra bölməsinə təslim olub.

Əsl adı Cenk Baş olan və son zamanlar mahnıları ilə diqqət çəkən Semiçenk milli borcunu yerinə yetirmək üçün İspartaya gedərək bölməsinə təslim olub. Əsgərlikdən əvvəl Bursa Osmanqazi meydanında səhnəyə çıxan Semiçenk pərəstişkarları tərəfindən “Ən böyük əsgər bizim əsgərimizdir” şüarları səsləndirərək hərbi xidmətə yola salınıb.

Nəhayət, idman zalından fotosunu paylaşan Semiçenk saqqalsız halını paylaşıb və görənlər onu tanıya bilməyib.

Ayxan
 

Loading...

Oxşar Xəbərlər