İDMAN 20 XƏBƏR

İviçlə “Krasnodar” rəhbərliyi arasında hansı fikir ayrılıqlarının olduğu məlum olub

Krasnodar”ın baş məşqçisi Vladimir İviçlə klub rəhbərliyi arasında ciddi fikir ayrılığı yaranıb.
32gun.az bildirir ki, bu barədə klubdan mənbə "Legalbet"ə məlumat verib.

Məlumata görə , mütəxəssislə Krasnodar rəhbərliyinin nümayəndələri arasında həm transfer siyasəti, həm də göstərilən futbol üslubu ilə bağlı ziddiyyətlər var.

Mənbə bildirir ki, İviçin məşqçilər korpusu qış transfer pəncərəsi zamanı gücləndirmə üçün on futbolçu təklif edib, lakin onlar ya təsdiq olunmayıb, ya da danışıqlar nəticəsiz qalıb.

Eyni zamanda, klubun fəlsəfəsi həmişə hücuma keçdiyi halda, komandanın müdafiə futbolu oynaması “qara-yaşıllar” rəhbərliyinin xoşuna gəlmir.
“Krasnodar” 1-ci yerdə olduğu halda, buna göz yumdular, indi isə komanda ikinci yerə düşüb və Birinci Divizionda “Ximki”yə uduzduqdan sonra ölkə kubokundan da kənarlaşdırılıb.

“Ancaq oyunçular İviçlə  RPL qızılını ala biləcəklərinə inanırlar. Üstəlik, Qalitski üçün futbol klubu daha çox sosial layihədir: infrastruktur, stadion və performans onun üçün daha vacibdir”, - mənbə əlavə edib.
Ayxan

Loading...

Oxşar Xəbərlər