HADİSƏ

""İstanbul" klinikası məni qanunsuz olaraq işdən çıxardı" - Tanınmış həkim

Tanınmış həkim Aydın Əliyev “İstanbul” klinikasındakı işindən çıxarılıb. 

"32gun.az" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. 

O, işdən azad olunmasının qanuni əsası olmadığını açıqlayıb: “Təhdiddənmi, qorxudanmı, bilmirəm, İstanbul klinikasının rəhbərliyi məni işdən çıxardı. “Sabahdan işə gəlmə” dedilər. İnsanı işdən çıxarmaq bu qədər asandırmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib:

“Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir”.

 

Loading...

Oxşar Xəbərlər