HADİSƏ

Azərbaycanlı professor dünyasını dəyişdi

UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.

"32gun.az" xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib. 

Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Loading...

Oxşar Xəbərlər