SİYASƏT

Bu gün Azərbaycanın tələb etdiyi kənddə həyəcan siqnalı veriləcək

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Tavuş bölgəsində həyəcan siqnalı veriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, həyəcan siqnalı bölgənin Vazaşen (Lələkənd - red.) qəsəbəsində eşidiləcək. 

Həyəcan siqnalının təlim məqsədi daşıdığı deyilir: "Hər hansı bir təhlükə yarandıqda əhalinin xəbərdar edilməsi, sığınacaq və təxliyə əməliyyatlarının təşkili mövzusunda təlim keçiriləcək". 

Qeyd edək ki, Azərbaycan bu və digər 3 kəndin kəndin təcili qaytarılması ilə bağlı İrəvana müraciət edib. 

Vazaşen adlandırılan Lələkəndin qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub, indi Ermənistanın İcevan rayonunda yerləşir. 

Loading...

Oxşar Xəbərlər