DÜNYA

Terrorda ölənlərin sayı 150-yə çatıb - YENİLƏNİB

Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

"32gun.az" xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***15:01

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

"32gun.az" xəbər verir ki, mənbələr “Baza” teleqram kanalına ölü sayının 143-ə çatdığını bildirib.

***13:58

Moskvadakı "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

"32gun.az" xəbər verir ki, Rusiya İstintaq Komitəsi terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə isə Rusiya Səhiyyə Nazirliyindən məlumat verilib. Daha 16 yaralının, o cümlədən 1 uşağın vəziyyəti isə çox ağırdır.

***12:25

Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

"32gun.az" xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

***10:02

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 115 nəfər xəsarət alıb.

"32gun.az" xəbər verir ki, bu barədə operativ qərargah məlumat yayıb. Bildirilib ki, yaralıların 5-i uşaqdır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva vaxtı ilə saat 10-da həlak olanların ilkin siyahısının dərc ediləcəyini bildirib.

***09:41

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı 82-yə çatıb.

"32gun.az" xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

Loading...

Oxşar Xəbərlər