DÜNYA

Terrorçular dinc sakinlərin başlarını kəsib - İDDİA

Rusiyanın paytaxtı Moskvada məşhur "Crocus City Hall" konsert salonuna cümə günü azı 133 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı hücumdan yeni görüntülər ictimaiyyətlə paylaşılıb. 

"32gun.az" xəbər verir ki, yerli vaxtla saat 19:50 radələrində beş hücumçu tərəfindən "Kalaşnikov" avtomatı ilə həyata keçirilən hücum Rusiyanın 2004-cü ildən bəri yaşadığı ən dəhşətli hücum olaraq qeyd edilib.

Hücumun məsuliyyətini üzərinə götürən İŞİD sosial mediada yeni görüntülər paylaşıb. Görüntülərdə terroru həyata keçirən şəxslərin öz aralarında danışdıqları eşidilir. Cinayətkarların əllərində ağır silahlarla yanaşı, bıçaq olması da diqqət çəkib.  

Həddindən artıq zorakılıq səbəbindən bütün video media qurumları tərəfindən yayımlanmasa da, normal videonun 90 saniyə uzunluğunda olduğu bildirilib.

Videonun kəsilmiş hissələrində bəzi terrorçuların əllərindəki bıçaqlarla dinc sakinlərin başlarını kəsdiyi iddia olunur. 

Hücumdan 4 saat sonra qanlı terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD "Amaq" adlı media orqanı vasitəsilə bəyanat yayıb. "Amaq" İslamla mübarizə aparan ölkələrə müharibə elan etdiyini bildirsə də, ABŞ kəşfiyyatının hücumdan bir neçə həftə əvvəl Rusiyaya xəbərdarlıq etdiyi ortaya çıxıb. 

Xatırladaq ki, iki həftə əvvəl ABŞ-nin Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşları diqqətli olmaları ilə bağlı bəyanat yayıb və səyahət xəbərdarlığı edib.  Unikal

Loading...

Oxşar Xəbərlər