DÜNYA

Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı

Ermənistanda “Armenian Report”un jurnalisti Ani Xaçatryan polis tərəfindən saxlanılıb. 

"32gun.az" xəbər verir ki, bu barədə media qurumu məlumat yayıb. 

Qeyd olunub ki, jurnalist Doxadan olan digər 2 müxbirlə birgə Azərbaycana qaytarılmalı olan Tavuş vilayətinin Əskipara kəndinə gedərkən tutulublar. 

Onlar polis bölməsində 6 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb. Lakin Əskiparaya keçmələrinə icazə verilməyib. 

Qeyd edək ki, bundan bir neçə gün öncə "Döyüş Qardaşlığı" birliyinin 50-yə yaxın üzvü Əskiparaya gedərkən saxlanılıblar. Onlardan bəziləri qanunsuz silah gəzdirdiklərinə görə həbs edilib. Unikal

Loading...

Oxşar Xəbərlər