DÜNYA

Rusiyalı polkovnik "Crocus"dakı terrorda qətlə yetirilib

Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Timur Myasnikov "Crocus City Hall"dakı terror aktında qətlə yetirilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, polkovnik məzuniyyətdə imiş və ailəsi ilə birlikdə konsertə gedibmiş. “Rusiya Zabitləri” təşkilatının Samara bölməsinin rəhbəri Artur Malivançukun sözlərinə görə, kişi arvadını və uşağını təhlükəsiz yerə itələməyə müvəffəq olub, lakin özü güllələrin altında qalıb və həlak olub.

Myasnikov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının üçüncü xüsusi təyinatlı briqadasında xidmət edib.

Loading...

Oxşar Xəbərlər