KRİMİNAL

Müğənniləri şantaj edən Maqsud yenidən hakim qarşısında

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Soltan oğlu Mahmudovun kassasiya şikayətinə baxılacaq. 

“Unikal”ın məlumatına görə, sabah Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan məhkəmə prosesində 91 nəfər zərərçəkmiş qismində tanınıb, 2 nəfər- Abbasova Səhər Hafiz qızı və Rüstəmova Nəzakət Əhməd qızı isə maraqlı şəxs qismində cəlb olunub. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir. Maqsud Mahmudov həmin müğənniləri şantaj edib.

 

Loading...

Oxşar Xəbərlər