DÜNYA 20 XƏBƏR

Bir yaşlı qız kanalizasiya lyukuna düşüb

Çeçenistanda bir yaşlı qız həyətə çıxaraq kanalizasiya lyukuna düşüb .
32gun.az bildirir ki, bu  barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb .

Hadisə Şali şəhərində baş verib. İlkin məlumata görə, uşaq valideynləri tərəfindən həyətdə nəzarətsiz qalıb. Orada o, quyunun qapağına çıxıb, lakin obyekt qeyri-sabit olduğundan zərərçəkən içəri düşüb.

Ailənin kiçik üzvü dərhal xəstəxanaya çatdırılıb. Mütəxəssislər bütün lazımi reanimasiya tədbirləri görsələr də, qızı xilas edə bilməyiblər.

Yaranmış vəziyyət hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Hazırda müstəntiqlər araşdırma aparır.

Şöbə valideynləri azyaşlı uşaqları nəzarətsiz qoymamağa və əsas təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Ayxan

Loading...

Oxşar Xəbərlər