HADİSƏ

9 otaqlı evdə YANĞIN

Zərdab rayonunun Cilovxanlı kəndində ev yanıb.

 32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün və 6 otağının yanar konstruksiyaları 285 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...

Oxşar Xəbərlər