DÜNYA 20 XƏBƏR

18 yaşlı gənclər rabitə qülləsini yandırmağa cəhddə şübhəli bilinərək həbs edilib

Ufada FSB əməkdaşları rabitə qülləsini yandırmağı planlaşdıran 18 yaşlı üç oğlanı saxlayıblar.

33gun.az xəbər verir ki, Onlar təxribat törətməyə vaxt tapmamış planlaşdırılan cinayət yerində yaxalanıblar.

Məlum olub ki, hər üç dost Telegram messencerində qülləni yandırdıqlarına görə onlara mükafat vəd edən müəyyən adamlarla yazışıblar. Ancaq daha bir neçə şərt yerinə yetirilməli idi. Uğursuz təxribatçılar bildiriblər ki, obyekt sifarişçi tərəfindən seçilib.

Hadisədən sonra təxribata cəhd maddəsi ilə cinayət işi açılıb. Hər üç müttəhim Ufanın Kirovski Rayon Məhkəməsi tərəfindən həbs edilib.
Ayxan

Loading...

Oxşar Xəbərlər