SOSIAL

Beşuşaqlı analar sosial müavinət alsın - TƏKLİF

Əmək pensiyaları haqqında” qanunun 8.1-ci maddəsində qeyd olunur ki, 5 və daha çox övladı olanlar məhz bu güzəştdən istifadə edirlər. Əgər ailədə 5 və daha çox uşaq olursa, həmin ailədə ana 5 il daha tez pensiyaya çıxmaq hüququ qazanır. Ziddiyyət olan məqamda ondan ibarətdir ki, "Sosial müavinətlər haqqında" qanunun 4.0.1.13-cü maddəsində bu güzəştlər 5-dən çox uşağı olan qadınlara şamil olunur".

"32gun.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, "Sosial müavinətlər haqqında" qanunda 5 və daha artıq deyil, 5-dən çox olanlar qeyd olunur:

"Bu ona gətirib çıxarır ki, 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə edirlər, amma eyni sayda uşaq böyüdən analar sosial müavinət ala bilmirlər. Digər qanunda qeyd olunub ki, 5-dən daha çox. Təklif edirəm ki, "Sosial müavinətlər haqqında" qanunun 4-cü maddəsində 5-dən çox deyil, 5 və daha çox sözləri qeyd olunsun. Belə ki, pensiya və güzəşt əldə edən analar həm də 5 uşaq böyütdüyü üçün sosial müavinətdən istifadə edə bilsinlər".

Loading...

Oxşar Xəbərlər