HADİSƏ

İrandan narkotik keçirilməsinin qarşısı alındı O

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "32gun.az"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, aprel ayının 3-də saat 03:38-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Loading...

Oxşar Xəbərlər