SOSIAL

Azərbaycanda bu gecə növbəti Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.

"32gun.az" xəbər verir ki, Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Bundan başqa, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

 

Loading...

Oxşar Xəbərlər