HADİSƏ
Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü
Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.
"32gun.az" report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.
2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.