MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Məşhur cütlük 14 il sonra boşanmağa qərat verdi

"Borat" komediya filminin ulduzu Sacha Baron Koen və aktrisa İsla Fişer 14 illik evlilikdən sonra boşanır.
32gun.az bildirir ki, məşhurlar bu barədə "İnstaqram"da məlumat veriblər.

“İyirmi ildən çox davam edən tennis matçından sonra, nəhayət, raketkaları yerə qoyuruq. İkimiz də 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdik”, - paylaşımda bildiriblər.

Ayrılan cütlük məxfilik hüquqlarına hörmət etmələrini istəyib.

Onlar bir-birlərinə hörmət etdiklərini və uşaqları birlikdə böyütməyə davam edəcəklərini açıqlayıblar.

Britaniyalı aktyor Sacha Baron Koen və avstraliyalı aktrisa İsla Fişer 2010-cu il martın 15-də evləniblər. Evlənmədən əvvəl səkkiz il sevgili olublar. Aktyorla evliliyi naminə Fişer yəhudiliyi qəbul edib və adını Ayala olaraq dəyişdirib. Cütlüyün üç övladı var - qızları Olive (2007) və Elula (2010) və oğlu Montgomery Moses Briandır (2015).

Ayxan 

Loading...

Oxşar Xəbərlər