KRİMİNAL

““Lotu Quli”ni qardaşı Müşfiq öldürtdürüb” - Xəqan Zeynalov

Xəbər verdiyimiz kimi, "Lotu Quli"ni öldürən Xaqan Zeynalova ömürlük həbs cəzası verilib. 

"32gun.az"ın məlumatına görə, Bakırköy Respublika Prokurorluğu Mütəşəkkil Cinayətlər İstintaq Bürosunda baş tutan məhkəmə işində Xaqan Zeynalov ifadə verib. 

Təqsirləndirilən şəxs Xəqan Zeynalov Nadir Səlifovu öldürmədiyini iddia edib.

Həmçinin, o,  “Lotu Quli” ləqəbli Nadir Səlifovla Kiyevdə tanış olduğunu və onun "qanuni oğru" olduğunu bilmədiyini qeyd edib. 

"Qulinin cinayətləri haqqında eşitdim, amma cinayətlərində iştirak etmədim. Onunla yalnız dost idim", - X. Zeynalov deyib.

Nadir Səlifovun 2018-ci ildə Moskvadan Qətərin paytaxtı Dohaya zəng etdiyini deyən Xaqan Zeynalov Dohadan sonra eyni tarixdə ayrı-ayrı təyyarələrlə Türkiyəyə gəldiklərini və Bodrumda görüşdüklərini bildirib. İstirahətdən sonra Moskvaya qayıtdığını deyən X.Zeynalov sonrakı görüşlərində Nadir Səlifovun ondan Moskvada bir iş adamını oğurlamağı xahiş etdiyini, lakin bunu qəbul etmədiyini bildirib.

Hadisə baş verən gün otağından əşyalarını yığıb restorana düşdüyünü izah edən Zeynalov "Nadir burada kiminləsə danışırdı. Mən onların yanına getdim. O, məndən Moskvada iş adamını qaçırmağımı istədi. O, hadisə baş verən gün məndən soruşdu. Rədd etdim, məni təhqir etdi. Mən onu təhqir edəndə isə adamları üstümə hücum çəkdi. Onlar mənə yumruq vurdular, mən onlara yumruq vuranda silahlarını çıxarıb atəş açdılar. Sonra tapançamı çıxarıb atəş açdım. Amma mənim atəş açdığım tərəfdə Nadir Səlifov yox idi. Məni kürəyimdən vurdular".

Çöldə gözləyən Əmir Həmidlinin maşınına mindiyini deyən Zeynalov “Əmir məndən soruşdu ki, nə olub? Quli məni vurdu, öldürəcəklər, dərhal sür" dedim.

Biz yolda olarkən Əmir xəstəxanaya getməyi təklif etdi, amma mən razı olmadım. Antalyadan çıxdıq, Əmir maşını saxladı. Daha sonra Dənizliyə gəldik. Polis qrupları bizi saxladı və yaralı olduğumu görüb təcili yardım çağırdılar. Bizi Dənizlidən Antalyaya gətirdilər. Qulinin orada polisdən öldüyünü öyrəndim.

"Loti Quli"ni onun qardaşı Müşfiq Səlifov öldürtdürüb. O, buna görə "Quli"nin düşmənləri ilə 10 milyon dollarlıq razılaşma əldə edib.

Nadir Səlifovun qətlinə görə 4 milyon dollar aldığı iddiasına qarşı çıxan Xaqan Zeynalov "1 günlük azadlığı 100 milyon dollara dəyişməzdim, ailəm varlıdır. Heç vaxt pul problemim olmayıb. Mən bu hadisədə günahsızam və məhkəmədən bəraət tələb edirəm”.

Loading...

Oxşar Xəbərlər