DÜNYA 20 XƏBƏR

Pokurorluq alimdən üzr istəyib - qətl ittihamına görə

Moskva prokurorluğu hidroloq Tsvetkovdan qətl ittihamına görə üzr istəyib.

Moskva prokurorluğu Yaroslavl vilayətindən olan alim Aleksandr Tsvetkova rəsmi üzrxahlıq məktubu göndərib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Eva Merkaçova öz Telegram kanalında yazıb.

Ötən ilin dekabrında Moskvanın Zamoskvoretski Məhkəməsi 2002-ci ildə Moskvada 3 nəfəri qətlə yetirməkdə ittiham olunaraq 10 aydır həbsdə olan Tsvetkovun həbsini ləğv edib. Saxlanma Domodedovo hava limanında alim ekspedisiyadan qayıdarkən baş verib. Hava limanında üz tanıma kamerası Tsvetkov ilə cinayətkarın eskizi arasında 55 faiz oxşarlıq aşkar edib.

Sonradan sübut etmək mümkün olub ki, Yaroslavl sakini 20 il əvvəl törədilən qətllə heç bir əlaqəsi olmayıb və cinayət törədilən vaxt başqa şəhərdə olub. Məktubda prokurorluq “əsassız cinayət təqibi ilə bağlı mənəvi ziyana görə” dövlət adından üzr istəyir.

 

Loading...

Oxşar Xəbərlər