KRİMİNAL

Goranboyda 19 yaşlı oğlan anasını öldürdü - YENİLƏNİB

Aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Goranboy rayon prokurorluğundan "32gun.az"a verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

*** 18:54

Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub. 

DİN-in Gəncə regional qrupundan "32gun.az"a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən A. Kazımavonın oğlu 2005-ci il təvəllüdlü Şahin Əmrahov polisə könüllü təslim olub.

Loading...

Oxşar Xəbərlər