DÜNYA

Braziliya Ali Məhkəməsi Maska qarşı cinayət işi açıb

Braziliya Ali Məhkəməsi amerikalı milyarder İlon Maska ədalət mühakiməsinə mane olması iddiası ilə bağlı cinayət işi açıb. 

"Unikal" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes, Maskın "X" sosial şəbəkəsində ədalətə mane olub-olmaması ilə bağlı araşdırmaya başlayıb”, - deyə məlumatda bildirilir.

Məhkəmənin açıqladığı sənəddə milyarderin "dezinformasiya kampaniyasına başladığı" və "X"in "ictimai rəyə qeyri-qanuni təsir göstərmək" üçün iqtisadi səlahiyyətdən sui-istifadə etdiyi bildirilir.

Bu addım İlon Maskın Braziliyada bəzi "X" hesablarının məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarına tabe olmayacağını söyləməsindən sonra atılıb.

Bildirəki ki, sosial şəbəkələrdəki bir neçə paylaşımında İlon Mask braziliyalı hakim Moraesi tənqid edib, onu konstitusiyaya xəyanətdə ittiham edib və impiçmentə çağırıb.

 

Loading...

Oxşar Xəbərlər