DÜNYA 20 XƏBƏR

Lənkəranskinin “oğru” adının əlindən alınmasında iştirak etdiyi deyilən “qanuni oğru" vəfat etdi (FOTO)

Məşhur "Qanuni oğru" gürcü Boris Apakela Penzanın Rusiyada 5 saylı cəzaçəkmə koloniyasında dünyasını dəyişib. 

"32gun.az" Rusiya KİV-nə istinadən bildirir ki, 79 yaşlı "qanuni oğru" uzun müddət imiş xətə imiş.

Qeyd edək ki, 1965-ci ildən bu yana cinayət iyerarxiyasında ən yüksək vəzifəni "Apakela" ləqəbli qanuni oğru tutub. 56 il ərzində o, "oğru dünyası"nda mütəşəkkil qrupların hərəkətlərini əlaqələndirib.  Vladimir və Moskva vilayətlərində mütəşəkkil qrupları koordinasiya edərək, onlarla kriminal avtoritetlər arasında əlaqə yaradıb.

Xatırladaq ki, 2015-ci ildə Rusiya və yerli mediada gedən məlumatlarda iddia olunurdu ki, Ermənistanın paytaxtı İrəvan yaxınlığında son illərin ən böyük "oğru sxodkası" keçirilibmiş. İdfiaya görə, bu  toplantı əvvəlcə Moskvaya təyin olunubmuş. Amma Rusiya hüquq-mühafizə orqanları toplantı iştirakçılarının hamısını həbslə hədələdiyi üçün kriminal avtoritetlər təcili şəkildə seçim edərək İrəvanda toplaşmaq variantı üzərində dayanmışdılar.

İrəvandakı "sxodka"nın təşkilatçısı Artyom Arutyunyan adlı kriminal avtoritet idi.

Hüquq-mühafizə orqanlardakı mənbələr "Rosbalt"a bildirib ki, o vaxtlarda 100-dən çox "qanuni oğru" İrəvana yığışmaqda davam edib. 

"Sxodka"da Robinzon Arabuli, Georgi Uqlava (Taxi), David Sebiskveradze (Dato), Vaja Biqanişvili, Amiran Sopromadze (Sopotiya), Oleq Şişkanov (Şişkan), Zaxari Kalaşov (Şakro Molodoy), Boris Apakiya (Apakela), Hüseyn Əhmədov (Slepoy) kimi kriminal avtoritetlər iştirak ediblərmiş.

Oğrular hər şeydən öncə 2008-ci ildən başlayaraq "qanuni oğru" adını daşıyanların sayının sürətlə artması məsələsini müzakirə ediblər.

Rusiya KİV-lərinin verdiyi xəbərə görə, "sxodka"da belə bir qərar qəbul olunub ki, 2008-ci ildən sonra tac almış oğruların titulu sual altına alınsın.

"Sxodka"da digər sensasion qərar da verilib. Belə ki, Rövşən Lənkəranski (Canıyev) və Cemal Mikeladze (Cemo) qanuni oğru titiulundan məhrum ediliblər.

Ayxan

Loading...

Oxşar Xəbərlər