DÜNYA 20 XƏBƏR

Lavrov Çerçesovu “Spartak”ın baş məşqçisi kimi görmək istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın “Spartak” klubunun baş məşqçisi postuna Stanislav Çerçesovu gördüyünü deyib.
32gun.az bildirir ki, bu barədə o, Telegram kanalında məlumat verib .

O, həmçinin bildirib ki, “Spartak”ın direktorlar şurasının sədri Aleksandr Matytsin bu vəzifəyə “Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviçin namizədliyini dəstəkləyir . Klubun idman direktoru Tomas Amaral və “Lukoil”in maliyyə üzrə vitse-prezidenti Pavel Jdanov isə Hollandiyanın “AZ Alkmaar” klubundan Paskal Yansenin dəvət olunmasının tərəfdarıdırlar.

2022/23 mövsümü başlamazdan əvvəl ispan Gilyermo Abaskal "Spartak"ı çalışdırıb. Mütəxəssis Rusiyaya qədər  Yunanıstanın "Volos"unda və İsveçrənin "Bazel"ində çalışıb. Ötən mövsüm onun rəhbərliyi altında “qırmızı-ağlar” Rusiya çempionatında üçüncü olub.

35 xalla “Spartak” Rusiya Premyer Liqasının (RPL) turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Son turda “qırmızı-ağlar” mövsümün yenidən başlamasından sonra ilk qələbəsini qazanıb. Moskvalılar “Dinamo”ya 2:1 hesabı ilə qalib gəlib. Aleksandr Sobolev dubla imza atıb .
Ayxan 

Loading...

Oxşar Xəbərlər