EKONOMİKS 20 XƏBƏR

“Prolink Caspian” cərimələnə bilər

“Prolink Caspian” MMC barəsində inzibati iş başlanıb. 
32Gun.az  xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə ittiham edilir. 
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Aprelin 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
496.1-ci maddəyə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Ayxan

 

Loading...

Oxşar Xəbərlər