SOSIAL

Küləkli hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

Bu barədə "32gun.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

Loading...

Oxşar Xəbərlər