SOSIAL

Naxçıvanda qaya uçqunu olub

Muxtar respublika ərazisində güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci km- də qaya uçqunu baş verib. Nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "32gun.az"a verilən məlumata görə, dərhal əraziyə Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.

Loading...

Oxşar Xəbərlər