KRİMİNAL

Mingəçevirdə tanışlar arasında dava: Bıçaqlanan var

Mingəçevir şəhərində tanışlar arasında mübahisə yaranıb, bir nəfər bıçaqlanıb.

"32gun.az"ın məlumatına görə, hadisə  şəhər sakini Qurban İsmayılovun yaşadığı mənzildə baş verib.

Tanışı ilə ev sahibi arasında düşən mübahisə zamanı 1988-ci il təvəllüdlü Yaməddin Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu döyüb. Bıçaqlanan və xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər