DÜNYA

İran raketlərinin və PUA-larının 99 faizi tutulub" - İsraildən açıqlama

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.
*** 00:55

Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı (PUA) atıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. PUA-lar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub.

Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib.

Həqari, həmçinin, İranın İsrailə 120 ballistik raket atdığını iddia edib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub.

Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.

Həqari əlavə edib ki, pilotsuz təyyarələrin və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanını keçməyib.

***

İsrail ordusu İrandan İsrailə istiqamətlənən bütün dronları izləyir.

"32gun.az" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

“Havadan müdafiə kompleksi ölkənin səmasını qorumaq missiyasını yerinə yetirən Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə eyni vaxtda yüksək hazırlıq vəziyyətindədir. İsrail ordusu bütün hədəfləri izləyir”, - deyə qeyd olunub.

***00:41

İsrailə qarşı kütləvi pilotsuz uçuş aparataları ilə hücum başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

***00:23

İran tərəfi İsrailə onlarla pilotsuz uçuş aparatı istiqamətləndirib.

"32gun.az" “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Qeyd olunub ki, dronlar İsrailə bir neçə saata çatacaq.

***00:08

İran pilotsuz uçuş aparatları ilə İsrailə zərbələr endirib.

"32gun.az" xəbər verir ki, bu barədə "KAN" radiosu məlumat yayıb.

İsrail rəsmiləri məlumatı təsdiqləyib. Qeyd olunub ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında 3 saat bağlı olacaq.

 

Loading...

Oxşar Xəbərlər