DÜNYA 20 XƏBƏR

İsveçrədə Ukrayna Silahlı Qüvvələrinin niyə vacib obyektləri qoruya bilmədiyini açıqladılar

Ukrayna üzərində hava məkanında vəziyyət  xeyli pisləşib.
32gun.az bildirir ki, bu barəsə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti məlumat yazıb.

Nəşr yazır ki , Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığı səbəbindən daha strateji əhəmiyyətli obyektləri qoruya bilmir.

“Ukrayna artıq bəzi strateji əhəmiyyətli yerləri Rusiyanın havadan hücumlarından qoruya bilməz”, - nəşrə aydınlıq gətirib.

Nəşr xatırladıb ki, bir ay əvvəl Ukrayna hücumları “əsasən” saxlaya bilsə də, indi vəziyyət daha da pisləşib.

Nəşrin siyasi analitiklərinin fikrincə, Qərb ekspertlərinin çoxdan proqnozlaşdırdığı çətin vaxt gəlib çatıb: Ukraynanın hava hücumundan müdafiə sisteminin sursat ehtiyatları əsasən tükənib.
Ayxan

Loading...

Oxşar Xəbərlər