SİYASƏT

Növbədənkənar parlament seçkiləri ola bilər" - AÇIQLAMA

Növbədənkənar parlament seçkiləri ilə bağlı bir şey söyləmək çətindir. Ölkənin gündəliyi beynəlxalq əhəmiyyətli tədbirlərlə zəngindir. Bunun hansı formada nəzərdə tutulacağı gedişatda müəyyən olunacaq".

Bunu "32gun.az"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, parlament seçkiləri ciddi tarixi hadisədir:

"O baxımdan elə vaxta salınmalıdır ki, beynəlxalq tədbirlərlə üst-üstə düşməsin. Noyabr ayında konstitusiya ilə nəzərdə tutulan müddət tamamlanır. Ola bilər ki, növbədənkənar olsun. Müxtəlif variantlar var. Bu variantların beynəlxalq tədbirlərlə üst-üstə düşməməsi şərti ilə hansısa birinin həyata keçirilməsi mümkün ola bilər. Amma dəqiq vaxt söyləmək çətindir".

Qeyd edək ki, ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırkı çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

 

Loading...

Oxşar Xəbərlər