HADİSƏ

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA (VİDEO)

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən “32gun.az”a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “Kia”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

***

09:20

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Teleaparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

 

 

Loading...

Oxşar Xəbərlər