SOSIAL

18 yaşadək insanların ən yüksək xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıdadır

Azərbaycan 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir. Son 5 ildə aparılan təhlilə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriciləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb".

"32gun.az" xəbr verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov deyib. Nazir müavini bildirib ki, 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb:

"14-17 yaş daha sağlam dövr hesab edilsə də,  son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər. Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır. 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur". Unikal

Loading...

Oxşar Xəbərlər