DÜNYA 20 XƏBƏR

Alimlər laboratoriyada mini insan ağciyərləri yetişdiriblər

Mançester Universitetinin britaniyalı alimləri kök hüceyrələrdən insan ağciyərlərinin mini-versiyasını yaradıblar. Onlar canlı toxumaların müxtəlif nanomateriallara reaksiyasını təqlid edə bilirlər.
32gun.az bildirir ki, Araşdırma “Nano Today” elmi jurnalında dərc  olunub  .

Orqanoidlər adlanan bu orqan modelləri üçölçülü bioloji strukturlardır. Onlar müxtəlif ağciyər xəstəliklərinin, o cümlədən kistik fibroz, ağciyər xərçəngi və COVID-19-un təsirlərini daha yaxşı başa düşmək üçün istifadə olunur.

Yeni araşdırmada tədqiqatçılar karbon əsaslı nanomaterialların orqanoidlərə təsirini araşdırıblar.

Məlum olub ki, qrafen oksidi tənəffüs sistemində sekretor musin adlı maddə ilə təhlükəsiz şəkildə saxlanılır. Halbuki uzun və sərt çoxdivarlı karbon nanoborular ağciyərlərə mənfi təsir edərək davamlı iltihab və fibroza səbəb olur.

Alimlərin fikrincə, kök hüceyrələrdən hazırlanan mini ağciyərlər heyvanlar üzərində aparılan təcrübələrin sayını əhəmiyyətli dərəcədə azaldacaq və nanotoksikoloji tədqiqatları daha humanist edəcək.
Nilay

Loading...

Oxşar Xəbərlər