KRİMİNAL

Gecə saatlarında DƏHŞƏTLİ HADİSƏ: Sumqayıtdı 24 yaşlı gənc ata anasını qətlə yatirib - YENİLƏNİB

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "32gun.az"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

03:13
Sumqayıtda ərlə arvad qətlə yetirilib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Belə ki, Zərifə adlı qadın və həyat yoldaşı Hakim (soyadları dəqiqləşdirilir - red.) qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər