SİYASƏT

Lavrov Azərbaycana veriləcək 4 kənddən DANIŞDI

Ermənistan Azərbaycanla sərhədi hələ də demarkasiya etməyib".

"32gun.az" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Ermənistan hakimiyyətinin Alma-Ata bəyannaməsi çərçivəsində 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağa hazır olması barədə bəyanatına diqqət çəkib. Nazirin sözlərinə görə, bu Qarabağın Azərbaycanın bir hissəsi olması deməkdir: "Lakin eyni zamanda sərhədin demarkasiyası komissiyası da yaratdılar. Eyni zamanda, Nikol Paşinyan köçürməyə hazır olduğu Tavuşda anklav olmayan 4 kəndi açıqlayıb. İndi həmin rayonda əhalini inandırır ki, başqa cür davranmaq düzgün deyil". 

"Ona görə də KTMT-nin öz məsuliyyət sahəsini göstərməyə borclu olduğunu söyləməzdən əvvəl Ermənistanın sərhədlərini müəyyənləşdirmək, Ermənistan rəhbərliyinin fəal şəkildə həyata keçirdiyi demarkasiyanı başa çatdırmaq lazımdır", - nazir bildirib.

 

Loading...

Oxşar Xəbərlər