DÜNYA 20 XƏBƏR

İran XİN-i İsfahan səmasında vurulan pilotsuz təyyarələrin vurduğu ziyanı qiymətləndirib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın mərkəzində İsfahan səmasında vurulan pilotsuz təyyarələrin heç bir fiziki və maddi ziyana səbəb olmadığını bildirib.
32gun.az bildirir ki, nazirin açıqlamasını TASS yayıb .

Onun sözlərinə görə, İsrail tərəfdarları boş yerə “məğlubiyyəti qələbəyə çevirməyə və bütün bu vəziyyəti şişirtməyə” çalışıblar.

"Vurulan pilotsuz təyyarələr heç bir maddi və ya fiziki ziyana səbəb olmadı" dedi.

Bundan əvvəl İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən İsfahan səmasında bir neçə pilotsuz təyyarənin ələ keçirildiyi məlum olub.

Aprelin 19-na keçən gecə İsrail İran ərazisinə hücum edib. Bu barədə ABC News amerikalı rəsmiyə istinadən məlumat yayıb. CNN-in məlumatına görə, İsrail hərbçiləri İrandakı partlayışlarla bağlı açıqlama verməyib və “hələlik bu mövzu ilə bağlı heç bir şərhlərinin olmadığını” bildiriblər.
Həmçinin Misir , İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin İsrailin İrana cavab zərbələri endirməsindən narahat olduğu bildirilib .
Ayxan 

Loading...

Oxşar Xəbərlər