MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Pitt və Colinin böyük qızı valideynlərini barışdırmaq istəyir

Pitt və Colinin böyük qızı valideynləri ayrıldıqdan sonra onları barışdırmaq istəyir.
Ulduz cütlüyün pərəstişkarları bir neçə ildir ki, aktyorlar Ancelina Coli və Bred Pitt arasında gedən məhkəmə proseslərini izləyirlər.
Aktyorların böyük qızı Şilo, qarşıdan gələn 18-ci ad günündə valideynləri arasında münaqişənin sülh yolu ilə həllini görmək arzusunu ifadə edib.
32gun.az Xarici KİV-ə istinadən bildirir ki, qızın sonsuz mübahisələrdən və gərginlikdən bezdiyi və valideynlərinin razılığa gəlməsini istədiyi bildirilir.
Bred Pitt və Ancelina Coli övladlarının qəyyumluğu və şərabçılıq hüquqları uğrunda mübarizə aparır. Colinin boşandıqdan sonra 100 milyon dollar qazandığı bildirilirdi. Bu məbləğə uşaq dəstəyi, həmçinin keçmiş həyat yoldaşlarının 2008-ci ildə aldığı şərab zavodunda payının satışından əldə edilən vəsait daxildir.
Coli boşanma qərarını 2016-cı ildə açıqlayıb. Aktrisa Pitti uşaqlarına əl qaldırmaqda ittiham edib. Coli ailədəki ixtilafın əsas səbəbi kimi keçmiş ərinin spirtli içkilərə aludə olmasını göstərib.

Nilay

Loading...

Oxşar Xəbərlər