MƏDƏNİYYƏT - ŞOU

Cavanşir Məmmədov vəfat etdi - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Bu barədə "32gun.az"a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

***

12:53

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

"32gun.az" Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün vəfat edib .

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Loading...

Oxşar Xəbərlər