SOSIAL

Təcili! FOTOYA DİQQƏT: Polis bu qadını axtarır

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 1952-ci il təvəllüdlü Danilova Nadejda Alekssandrovna yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. 

"32gun.az" DİN-ə istinadən xəbər verir ki, həmin şəxsdən bu günə qədər heç bir xəbər əldə etmək mümkün olmayıb.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Loading...

Oxşar Xəbərlər