DÜNYA 20 XƏBƏR

Göldə üzən tabutlar sakinləri qorxudub

Saransk sakinləri Lesnoye gölündə peyda olan qəribə taxta qutuların mənşəyindən narahatdırlar.
Göldə üzən və sahilə çıxan tabutların görüntüsü şəhər sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb.
32gun.az xəbər verir ki, Rusiyanın Kommunal Təsərrüfat və Şəhərin Abadlığı Müdirliyi “Podyom” Telegram kanalı ilə söhbətində göldə qeyri-adi tikililərin yaranmasına münasibət bildirib.

“Polis əməkdaşları həmin əşyalara və su anbarına bitişik əraziyə baxış keçirərək, həmin qutuların boş olduğunu və ətrafdakılar üçün təhlükə yaratmadığını bildiriblər”, - deyə kommunal xidmət işçiləri bildiriblər.

Müdirlik həmçinin qeyd edib ki, tabuta bənzəyən qutular "zərərsizləşdirilib”.
Ayxan 

Loading...

Oxşar Xəbərlər