DÜNYA 20 XƏBƏR

Ermənistanda Gürcüstana gedən yolu bağlayan fəallar saxlanılmağa başlayıb

Ermənistan polisi Gürcüstanla sərhəddə yerləşən Baqrataşen kəndindəki keçid məntəqəsinə gedən yolu bağlayan etirazçıları saxlamağa başlayıb.
32gun.az bildirir ki, bu barədə Sputnik Ermənistan nəşrinin Telegram kanalına istinadən xəbər verib.

Bildirilir ki, onlar Ermənistan-Azərbaycan sərhədində ilk sərhəd dirəklərinin quraşdırılmasının əleyhinədirlər  .

Jurnalistlərin sözlərinə görə, söhbət Noyemberyan-Alaverdi-Baqrataşen yollarının kəsişməsini kəsən vətəndaşlardan gedir. Hüquq-mühafizə orqanları ehtiyatda olan polkovnik Mihran Mahsudyanı, “Vətən naminə Tavuş” təşkilatı Şurasının nümayəndəsi Mikael Martirosyanı və politoloq Suren Petrosyanı saxlayıb.

Etirazçılardan birinin Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan olduğu da bildirilir.

Aprelin 23-də Ermənistan və Azərbaycan sərhədində ilk sərhəd dirəyinin quraşdırıldığı məlum olub .
Ayxan 

Loading...

Oxşar Xəbərlər