DÜNYA 20 XƏBƏR

ABŞ-ın yardımının gecikməsi Ukraynanın qələbə şansını zəiflətdi

ABŞ Senatındakı Respublikaçı Azlıqların lideri  Miç Makkonel bildirib ki, Ukraynaya hərbi yardımın aylarla gecikdirilməsi Kiyevin Rusiya ilə münaqişədə qalib gəlmək şanslarını sarsıdıb.
32gun.az bildirir ki, onun açıqlamasını "The Hill" nəşri yayıb.

Siyasətçi Kiyevə dəstəyin ABŞ-ın həyati milli təhlükəsizlik maraqları olmadığına dair bəyanatları “saf uydurma” adlandırıb.

“Səhv etməyin: Ukraynanın özünümüdafiə üçün silahla təmin olunmasının gecikməsi Rusiyanın təcavüzünü dəf etmək perspektivlərini pisləşdirdi. Qərarsızlıq və tərəddüd üzləşdiyimiz çətinliklərə öz töhfəsini verdi”, - deyə MakKonnell bildirib.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollar dəyərində yeni yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini qəbul edib .
Ayxan 

Loading...

Oxşar Xəbərlər