DÜNYA 20 XƏBƏR

Avtobus böyüklüyündə ilan tapılıb

Hindistanlı tədqiqatçılar ölçüsünə görə avtobusla müqayisə edilə bilən qədim ilanın qalıqlarını tapıblar.
32gun.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb .
Hindistanın Qucarat ştatında kömür mədəninin yaxınlığında sürünən sümükləri tapılıb. Hindu tanrısı Şiva tərəfindən boynunda gəzdirilən ilan kralı Vasukinin şərəfinə növə Vasuki indicus adı verilib.
Alimlərin fikrincə, 47 milyon il əvvəl yaşamış bu ilanların uzunluğu 11-15 metr, çəkisi isə bir tona çata bilərdi. Hazırda dünyanın ən böyük ilanları uzunluğu yeddi metrdən çox ola bilən retikulyar pitonlardır.
Ayxan 

Loading...

Oxşar Xəbərlər