DÜNYA 20 XƏBƏR

Zelenski əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir

Ukrayna prezidenti Vladimir Zelenski Danimarkanın sənaye naziri Morten Bedskov ilə danışıqlar zamanı əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid etdiyini bildirib. 32gub.az bildirir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında paylaşəm edib .

"Biz əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid edirik", - deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, bu sistemlər xüsusi olaraq Ukraynanın Nikolayev vilayətini qorumaq üçün istifadə olunacaq.

O, həmçinin qeyd edib ki, danışıqlar zamanı tərəflər yeni investisiyaların cəlb edilməsi və Danimarka biznesinin respublikada genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetiriblər.

“Ukraynanı dəstəklədiyi üçün Danimarka hökumətinə və xalqına təşəkkür edirəm”, - deyə Zelenski yekunlaşdırıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər